SON DƏQİQƏ

www.bakitv.az

Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi

Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
27-07-2020, 15:21 12 dəfə baxılıb

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən “Qrand” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi R.Süleymanov inzibati qaydada həbs edilib, müştəriləri olan digər dörd nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.
Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ