SON DƏQİQƏ

www.bakitv.az

Ramiz Mehdiyev sakinləri belə narahat edir... - QALMAQAL

Ramiz Mehdiyev sakinləri belə narahat edir... - QALMAQAL
25-02-2021, 15:39 23 dəfə baxılıb

Masazır dairəsi ilə Bakı-Sumqayıt yolunun birləşdiyi yerin hər səhər bilinməyən səbəbdən bağlanması tıxaca səbəb olur.
Yeniavaz.com xəbər verir ki, yol polisi əməkdaşları bir müddətdir ki, hər səhər Masazır dairəsindən Bakı-Sumqayıt yoluna çıxışı naməlum səbəbdən bağlayırlar. Bu səbəblə Masazır qəsəbəsində tıxac yaranır. Nəticədə avtomobillər 2-3 kilometrlik yolu təxminən 30 dəqiqəyə qət edə bilirlər. Hər gün eyni problemlə üzləşən Masazır sakinləri Yeniavaz.com-a müraciət edib. Bununla bağlı bir neçə gün əvvəl Dövlət Yol Polisi idarəsi ilə əlaqə saxlamışdıq. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqəli şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Yeniavaz.com-a açıqlamasında bildirmişdi ki, yolun bağlanması sıxlıqla əlaqədardır: "Ola bilsin o küçədə nəqliyyat vasitəsi çox olur. Ola bilsin nəticəsi olan yerdə boşluq var, amma qarşıda sıxlıq var. Bu ancaq hərəkətin nizamlanması üçündür".
Ancaq, bu gün səhər Masazır-Bakı-Sumqayıt yolunu müşahidə etdikdə yolun bağlanmasının sıxlıqla əlaqəli olmadığını gördük. Belə ki, bu gün səhər saat 8 radələrində hava şəraiti ilə əlaqədar olaraq həmin yolda avtomobillərin sayı olduqca az idi, yolda isə heç bir sıxlıq yox idi. Masazır dairəsindən dönüb, Bakı-Sumqayıt yoluna çıxarkən yenə yol polisi əməkdaşlarının orada dayanıb, yolun buzlu olmasına baxmayaraq hərəkəti dayandırdığını gördük. Yol polisləri bir neçə dəqiqə qarşıya nəzər saldıqdan sonra yolu açdılar. Avtomobillər buzlu yolda çətinliklə hərəkət edib yollarına davam etdilər. Həmin yolu 20 yanvar dairəsinə qədər müşahidə etdik ancaq, heç bir tıxac və ya sıxlıq yox idi.
Bu zaman belə bir sual ortaya çıxır? Yolun bağlanmasının səbəbi nədir? Sakinlərin sözlərinə görə, həmin yolun bağlanma səbəbi hər gün həmin yoldan istifadə edən nazirlərdən biri ilə əlaqəlidir. Nəticədə çox sayda insan hər səhər tıxacdan əziyyət çəkir.


Müasir Müsavat Partiyasının sədri Hafiq Hacıyev sakinlərin narahatlığına səbəb olan yolkəsiminin məhz AMEA prezidenti Ramiz Mehdiyevin səbəb olduğöunu iddia edir. Bu barədə Hafiz Hacıyev dünən "Yeni Müsavat TV-də canlı yayımda olarkən bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ