Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı - FOTO
31-03-2021, 13:58
160

Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı - FOTO

Şəkidə polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini S.Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub. Həmin şəxslə izahedici söhbətlər aparılıb, əraziyə həkim briqadası dəvət edilib və o, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.  
S.Məmmədova barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.
Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı- FOTO

Oxşar xəbərlər