12:00 - Vilayət Eyvazov mayora yeni vəzifə verdi
11:57 - Səhiyyədəki həbslər TƏBİB rəhbərliyinə qədər UZANA BİLƏR... - “korona” şəbəkəsinin ifşası
11:50 - İstanbulda dəhşətli partlayış - FOTO
11:47 - Siraqəddin Cabbaorv sakinləri NƏDƏN DİNLƏMİR? - "Ev dağılsa, üç uşaq altında qalacaq..."
11:40 - Əfqanıstanda qəza: 14 ÖLÜ
11:38 - Türkiyənin “Akıncı”sı Rusiya “Pantsir”ini 30 kilometr məsafədən “darmadağın edir” - VİDEO
11:30 - Oqtay Əliyev Hüseynbala Mirələmovdan danışdı: “Ondan betərləri də var“
11:26 - RƏZALƏT! "Nə olsun ki, müharibə veteranısan? Mən də Gəncəli qızıl Tofiqin qızıyam"
11:22 - Xərçəngdən əməliyyat olunan Ağadadaş Ağayevin vəziyyəti necədir? - “Zəng etmişdi...“
11:20 - “Mənzil baronu” Abutalıbov “kəfəni yırtdımı?” - Bakının sabiq meri milyardlarını gizlədir
11:16 - "WhatsApp"da gələn bu linklərə daxil olmayın - DİQQƏT
11:13 - TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi? - İLGİNC GƏLİŞMƏ
11:10 - Çində güclü yanğın - Ölənlər var
11:07 - Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlısının həbs müddəti uzadıldı
11:06 - Əhmədzadə kadrlarını yeni sədrdən qoruya biləcəkmi? - NARAHATDIRLAR...
Zakir Həsənovdan Şuşa və Laçındakı birliklərə TAPŞIRIQLAR
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Z.Həsənov Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.
Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.
Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.