Baloğlan Əşrəfov televiziyada koronavirusa yoluxub: “Allah cəzalarını versin!“
23-04-2021, 10:25
197

Baloğlan Əşrəfov televiziyada koronavirusa yoluxub: “Allah cəzalarını versin!“

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.
Müğənni vəziyyətinin hələlik yaxşı olmadığını deyib:
"Bu koronavirus Allahın bəlasıdır, hamının qarşısına çıxır. Məni çox yormayın xahiş edirəm, hazırda ev şəratində müalicə oluram, həkim nəzarəti altındayam, inşallah yaxşı olar".
Müğənni maskasız canlı efirdə qonaq olduğu zaman koronavirusa yoluxduğunu bildirib:
"Məni telekanalların verilişlərinə dəvət etdilər, canlı yayım idi.
Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Maskamı çıxartdırdılar ki, indi bu dəqiqə canlı yayım başlayacaq. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrafonum başqa müğənninin mikrofununa, başqa müğənnilərin mikrofonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin".
Qeyd edək ki, əməkdar artist B. Əşrəfov 10 gündən artıqdır koronavirusa yoluxub.(azxeber.com)

Oxşar xəbərlər