RƏZALƏT! "Nə olsun ki, müharibə veteranısan? Mən də Gəncəli qızıl Tofiqin qızıyam"
23-04-2021, 11:26
128

RƏZALƏT! "Nə olsun ki, müharibə veteranısan? Mən də Gəncəli qızıl Tofiqin qızıyam"

Sumqayıt şəhərində yerləşən 22 saylı Poliklinikanın baş həkimi Əhmədova Arzu Tofiq qızı 1-ci Qarabag müharibəsi veteranı Əsədov Vüqar Simran oğluna qarşı kobud hərəkətlər edərək,lazımsız sözlər işlədib.

Qaynarxett.az xəvər verir ki, 2019-cu ildə elektrik travmasından sonra epilepsiya xəstəliyinə düçar olan veteranın müraciətinə qeyd etdiyimiz poliklinikada baxılmır. Bu azmış kimi baş həkim Azu Əhmədova veterana yüksək səslə qışqıraraq bildirib ki, nə olsun ki, sən müharibə veteranısan? Mən də gəncəli qızıl Tofiqin qızıyam, heç kim mənə heç nə edə bilməz, get kimə istəyirsən şikayət et.

Müharibə iştirakçısı olan bir vətəndaşımıza qarşı bu kobud davranışı pisləyirik. İnanırıq ki,lazımı orqanlar müvafiq tədbir görəcəklər.

Oxşar xəbərlər