16 obyekt karantin qaydalarını pozduğuna görə CƏRİMƏLƏNDİ
6-05-2021, 17:12
150

16 obyekt karantin qaydalarını pozduğuna görə CƏRİMƏLƏNDİ

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqlər keçirib.
Nazirlikdən verilən məlumata görə, sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 4-də keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində “Məlhəm-mağaza”, “Şüküroğlu mebel”, “Elmar market”, “Mebel sərgi salonu”, “Mebel klassika” pərakəndə ticarət obyektlərində, Elmin Əliyevə və Qismət Məmmədova məxsus mağazalarda, “Müasir Stomatologiya-Stomatoloji klinika”da, ümumilikdə 16 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər