Azərbaycanda uşaq nəhəng şişlə doğuldu - FOTOLAR
19-08-2020, 15:02
419

Azərbaycanda uşaq nəhəng şişlə doğuldu - FOTOLAR

Azərbaycanda nəhəng şişlə doğulan uşaq əməliyyat olunub.
Bakıtv.az "e-tibb.az"-a istinadla xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanada qeysəriyyə əməliyyatı ilə doğulan uşağın belində olan nəhəng şiş əməliyyat olunaraq çıxarılıb.
Bu barədə xəstəxanının həkimi, uşaq cərrahiyyəsi və urologiyası uzmanı Fuad Hüseynov bildirib. Onun sözlərinə görə, uşağın valideynləri hamiləliyin 5-ci ayından etibarən övladlarının onunla bərabər böyüyən böyük ölçülü qorxunc şişlə doğulcağını biliblər. Körpə 8 aylığında, bel nahiyəsində təqribən başından daha böyük ölçüdə olan nəhəng şişlə dünyaya göz açıb:
"Çəkilən MRT müayinəsi zamanı məlum oldu ki, xoşbəxtlikdən şiş çanağa və qarın boşluğuna yayılmayıb (Sacrococcygeal teratoma tip 1). Çəkisi şişlə bərabər 3200 qram olan körpə cərrahi əməliyyat olundu".
Həkimin sözlərinə görə, əməliyyat uğurlu keçib, teratoma büzdüm sümüyü ilə bərabər tam çıxarılıb və patohistologiya analizinə göndərilib. Əməliyyatdan çıxanda körpənin çəkisi 2400 qr. qalıb. Çıxarılan şişin çəkisi 800 qram olub.
Fuad Hüseynov əməliyyatda onunla iştirak edən komandaya, xüsusilə uşaq cərrahiyyisi və urologiyası uzmanı Allahverdi Musayevə təşəkkürünü bildirib.
Azərbaycanda uşaq nəhəng şişlə doğuldu- FOTOLAR

Oxşar xəbərlər