Qonşu ölkədə daha 112 nəfər koronavirusdan öldü
21-08-2020, 15:43
280

Qonşu ölkədə daha 112 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 112 nəfər vəfat edib.
Bakıtv.az xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusdan ölənlərin sayı 20 376 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 206 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 354 764 nəfərə çatıb. Ölkədə indiyədək xəstəlikdən 305 866 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 794 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Oxşar xəbərlər