Flora Kərimova vəsiyyətini açıqladı
15-06-2021, 14:03
153

Flora Kərimova vəsiyyətini açıqladı

Xalq artisti Flora Kərimova "Space" radioda qonaq olub.
Müğənni vəsiyyətindən danışıb. O bildirib ki, dünyasını dəyişəndə insanların bilməsini istəmir:
"81 yaşım var. Birdən Yaqut sizə deyəcək ki, dünyasını dəyişib. Öləndə insanların bilməsini istəmirım. Sözümə qulaq asmayıb ziyarətimə gəlməyin. Demişəm başdaşım olmasın.Bir nişan qoysunlar ki, ailəm sağ olanda ziyarətimə gəlsin. Şəklimi qoymasınlar ki, kimsə gəlib baxsın desin, yazıq, bu niyə bu günə düşdü".

Oxşar xəbərlər