Müğənnilər arasında qalmaqal böyüyür: Roza Rəhimə “rəhmətlik“ dedi
15-06-2021, 15:41
145

Müğənnilər arasında qalmaqal böyüyür: Roza Rəhimə “rəhmətlik“ dedi

Müğənnilər Rəhim Rəhimli ilə Roza Zərgərli arasındakı qalmaqal bitmək bilmir.
Rəhim "ATV maqazin onlarla" verilişində həmkarının ünvanına sərt sözlər deyib. O, Rozanın onun haqda dediklərinə cavab verib:
"Musiqiçilər zəng etdi ki, Roza bizi işlətdi və pul vermədi. Dedim, ola bilməz. Həmin konsertdə mən də olmuşam. Kim olursa olsun, pulunuzu vermirsə yıxıb-sürüyərəm. Musiqiçinin pulunu verməmək nə deməkdir? Bu söhbəti bağlayın, musiqiçinin pulunu özümüz verərik. Rozaya nə olub?".
R.Zərgərlinin R.Rəhimliyə cavabı gecikməyib. O, "7 Canlı" proqramında Rəhimin fotosunu görərkən "rəhmətlik" sözünü deyib.
Qeyd edək ki, konsertlərin birində musiqi qrupu Rozanın onun qonorarını vermədiyini iddia etmişdi. Roza həmin qrupu Rəhimin öyrətdiyini açıqlamışdı.

Oxşar xəbərlər