Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb
22-08-2020, 12:58
276

Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutka ərzində 139 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 42 616 nəfərə çatıb.
Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 850 nəfərə çatıb.
Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 35 907 nəfərdir.

Oxşar xəbərlər