Ermənistanda COVID-19-a yoluxanların sayı 43067 nəfərə çatıb
26-08-2020, 11:12
269

Ermənistanda COVID-19-a yoluxanların sayı 43067 nəfərə çatıb

Ermənistanda son sutka ərzində 131 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 43067 nəfərə çatıb.
Ermənistanda son sutkada daha 3 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 861 nəfərə çatıb.
Ermənistanda indiyədək virusdan 36 726 nəfər sağalıb, 5 216 nəfər hazırda müalicə olunur.

Oxşar xəbərlər