Razi Nurullayev partiyasının atributlarını təqdim etdi - FOTO
28-08-2020, 00:12
245

Razi Nurullayev partiyasının atributlarını təqdim etdi - FOTO

Milli Cəbhə Partiyası - MCP rəmzini və bayrağını təqdim edib.
Bakıtv.az xəbər verir ki, bu barədə partiyanın sədri, millət vəkili Razi Nurullayev özünün “facebook” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, rəmzin eksplikasiyası loqotipdə istifadə edilmiş elementlər ay, ulduz və exinasea gülüdür. Loqotipdə əks olunmuş aypara türk xalqlarının simvoludur.
“Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı və Azərbaycanda yaşayan bütün xalqların bərabərlik və azərbaycançılıq ideologiyasına bağlılığını göstərir. Loqotipdə istifadə edilmiş mavi rəng türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasir cəmiyyət quruculuğu, demokratik inkişafı - bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir”, - deyə partiya sədri bildirib.
 
Razi Nurullayev partiyasının atributlarını təqdim etdi- FOTO

Razi Nurullayev partiyasının atributlarını təqdim etdi- FOTO

Oxşar xəbərlər