"Azərbaycan Beynəlxalq Bankı" 4 ay gözlədib ƏDV qaytarmadı - GİLEY
10-09-2021, 12:30
156

"Azərbaycan Beynəlxalq Bankı" 4 ay gözlədib ƏDV qaytarmadı - GİLEY

Redaksiyamıza "Azərbaycan Beynəlxalq Bankı"ndan şikayət daxil olub.

Belə ki, şikayətçi Aygül Əliyeva (ad şərtidir) Sonxeber.az-a bildirir ki, onlayn alış-veriş üçün balansından səhvən ƏDV çıxılıb:

"18 mart tarixində məndən onlayn alış-verişim üçün səhvən ƏDV çıxmışdılar. Növbəti gün filiala yaxınlaşıb sorğu açdırdım. Dedilər ki, guya bir gün içində balansa geri qaytarılacaq. Buna arxayın olub, həmin saytdan digər alış-verişlərimi də etdim. Hər biri üçün yenidən ƏDV-lər çıxıldı. Problem isə budur ki, nə ilk, nə də sonradan açdırdığım ƏDV-lərin sorğularına baxılmadı.

"Invoice" tələb etdilər, verdik. Sonra "Yox, "invoice"u filan valyutada verin" dedilər. Onu da verdik. Axırda da sorğunu "vaxtı keçib" deyib, bağladılar və balansımdan səhvən çıxılan məbləğləri qaytarmadılar.

İndi isə şikayətimi özlərinə bildirmişəm. 1 ay da belə getdi, heç bir əməkdaş geridönüş etməyib.

4 ay müştərinin balansından səhv çıxdığınız məbləği geri qaytarmağınız üçün başqa nə etməliyik və nə qədər gözləməliyik?!

Ən son 21 iyunda ƏDV-lərdən birini qaytardılar. Bir müddət keçdikdə yenidən elektron məktub yazdım. Bir neçə gün sonra zəng edib bildirdilər ki, guya mən ancaq bir ƏDV üçün müraciət etmişəm. Halbuki həm filialda, həm də göndərdiyim bütün "mail"lərdə hamısını əhatə etmişdim. Əlaqə saxlayacaqlarını dedilər. O vaxtdan sonra yenə səs gəlmədi. Danışanda da söhbəti Vergilər Nazirliyinin üstünə yıxdılar. Dedilər ki, onlar qaytarmalıdır. Halbuki eyni problemi "Access Bank"da yaşayan dostumun ƏDV-si "invoice" verəndən sonra geri qaytarılmışdı.

Bunlar eyni saytdan çıxan ƏDV-lərdən yalnız 1-ni qaytarıb, qalanın Vergilər Nazirliyinin üstünə atdılar. Bilmirəm, günahkar kimdir, amma bankın xidmətinin bərbad olduğu dəqiqdir".

Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər