Teleradio İstehsalat birliyinin sabiq baş direktoru dünyasını dəyişib
20-09-2021, 17:06
451

Teleradio İstehsalat birliyinin sabiq baş direktoru dünyasını dəyişib

Teleradio İstehsalat Birliyinin (“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi) sabiq baş direktoru Rəcəb Abdurahmanov dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, Abdurahmanov Rəcəb Çələbi oğlu 25 yanvar 1952-ci ildə Şəki rayonunun Baş Göynük kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1970-ci ildə Bakı Radio Elektrotexnikomuna daxil olub. 1975-ci ildə texnikomu “Televiziya texnikası və radio-rele rabitəsi” ixtisası üzrə bitirib və həmin il Neft və Kimya İnstitutunun “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olub. 1976-1997-ci illər ərzində Teleradio İstehsalat Birliyinin müxtəlif sex və sahələrində mühəndis-texniki vəzifələrdə çalışıb və onlara rəhbərlik edib.
1997-2001-ci illərdə Bakı şəhərində tikilərək istifadəyə verilmiş Teleqüllə Kompleksinə rəhbərlik edib.
2001-2004-cü illərdə isə Teleradio İB-ə rəhbərlik edib.
2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldıqdan sonra öz xahişi ilə Mərkəzi Radio Televiziya Yayım Filialında rəis müavini kimi fəaliyyətini davam etdirib.
O sentyabrın 17-də koronavirus səbəbilə dünyasını dəyişib.
Müxtəlif illərdə “Vətən” mükafatı diplomuna və “Müstəqil Azərbaycan naminə” fəxri diplomuna layiq görülüb.
Rəcəb Abdurahmanov ailəli idi, 4 övladı var.
Allah rəhmət eləsin!

Oxşar xəbərlər