Prezident Şəmistan Əlizamanlını təltif etdi - SƏRƏNCAM
16-10-2021, 15:24
163

Prezident Şəmistan Əlizamanlını təltif etdi - SƏRƏNCAM

Oktyabrın 16-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilənlərin siyahısında Şəmistan Əlizamanlının adı da var. 
Qeyd edək ki, Prezidentin “Tərəqqi” medalı ilə təltif edilən Şəmistan Əlizamanlı Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədridir. 

Oxşar xəbərlər