Gəncədə COVID-19 xəstəsi saxlanıldı
27-11-2021, 11:24
127

Gəncədə COVID-19 xəstəsi saxlanıldı

Gəncədə qaydaları pozaraq küçəyə çıxan koronavirus xəstəsi tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, R.Abbasov adlı Yeni Gəncə qəsəbəsinin sakini COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə almasına baxmayaraq, noyabrın 22-də yaşayış yerini tərk edib.
Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər