Paşinyanın malikanəsində tut arağı çəkdirdiyi bəlli oldu... - FOTO
9-09-2020, 11:22
343

Paşinyanın malikanəsində tut arağı çəkdirdiyi bəlli oldu... - FOTO

“Bildiyiniz kimi, bənzərsiz Nikol Paşinyan bu yaxınlarda tətildən qayıtdı. Təzələnmiş üz rəngi, sadiq həyat yoldaşı Anna Akopyanla (5 milyon ABŞ dollarına yeni bir qol saatında) göstərişli selfi və yaxşılaşmış sağlamlıq... Tfu-tfu! Göz dəyər!..”

Moderator.az xəbər verir ki, işğalçı ölkə lideri haqqında bu sözləri Ermənistan mediası sosial şəbəkələrdə baş nazir haqqında sadə ermənilərin yazdıqlarına istinadla yayıb.

Paşinyanın malikanəsində  tut arağı çəkdirdiyi bəlli oldu...

Daha sonra yazıda sual edilir:

“Baş nazirin “ikinci gəncliyi”nin sirri nədədir? Sağlam yemək? At sürmək? Sizə cavab verəcəyik: sirri çox sadədir - iki il ərzində dəbdəbəli yaşamağa vərdiş etmiş Nikol Paşinyanın malikanəsində qurulmuş bir cecə(tut) arağı çəkən qurğu. Belə ki, sosial şəbəkələrdə baş nazirin xüsusi iqamətgahının həyətində çəkilmiş fotolar yayılıb. Göründüyü kimi, Paşinyanın ailəsi və şəxsi yaxın yoldaşları ənənəvi olaraq sevilən - “həqiqi erməni” nin sərxoşedici sadiq yoldaşı ilə məşğul olmaqdan çəkinmirlər. Ancaq hörmətli baş nazir, xahiş edirik, bu ziyafətləri kimin hesabına qurduğunuzu unutmayın. Çünki siz özünüz də sadə kəndlilərin, sadə erməni əməkçilərinin tut arağına olan asılılığını azaltmalarında israr edirsiniz. Təklifinizin absurdluğu barədə düşünün: dövlət xəzinəsinə əmlak vergisini ödəyə bilmək üçün az için! Mütləq az içmək lazımdır. Hər şeydən əvvəl sağlamlığınızı qorumaq üçün. Ancaq üzr istəyirəm, daha çox vergi ödəməmək üçün yox...

Paşinyanın malikanəsində  tut arağı çəkdirdiyi bəlli oldu...

Axı məhz siz insanların sağlamlığını qorumağa borclusunuz. Ancaq puldan başqa bir şey sizi narahat etmir. Bu gecə bu fotoşəkilləri görən adi fəhlələr, kəndlilər nə deyəcəklər? Bilirsiz, nə deyəcəklər? Onlar deyəcəklər ki, sizin və ailəniz kimi dövlət büdcəsi hesabına eyni həyat tərzi sürsəydilər, öz çəkdikləri tut arağının küpünə girməkdən də imtina etməzdilər...”

Oxşar xəbərlər