Navalnı danışdı - Klinikada mühafizə gücləndirildi
10-09-2020, 11:40
236

Navalnı danışdı - Klinikada mühafizə gücləndirildi

Berlinin “Şarite” klinikasında süni komadan çıxarılan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı yenidən danışa bilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Şpiqel” nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Navalnı Tomskdan Moskvaya uçan təyyarədə huşunu itirməzdən əvvəl baş verənlərin təfərrüatlarını xatırlayır.

Bununla yanaşı siyasətçinin komadan çıxmasından sonra klinikanın ətrafında mühafizə tədbirlərinin gücləndirildiyi bildirilib. Bu tədbirlərin növbəti sui-qəsd cəhdlərinin qarşısının alınması üçün görüldüyü güman edilir.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Oxşar xəbərlər