Biabırçı görüntülər Bakının bu məktəbində ÇƏKİLİBMİŞ - VİDEO
26-01-2022, 13:40
7 324

Biabırçı görüntülər Bakının bu məktəbində ÇƏKİLİBMİŞ - VİDEO

Bir neçə gün öncə məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Təhsil Nazirliyi isə məlumat yayaraq, həmin görüntülərin Azərbaycanda lentə alınmadığını açıqlamışdı. 
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Unikal"a açıqlamasında həmin görüntülərin Bakı şəhəri 165 saylı tam orta məktəbdə lentə alındığını deyib. O, həmin məktəbə getdiyini bildirib:
"Şagirdlər də həmin videonun bu məktəbdə qeydə alındığını təsdiqlədilər. Videoda görüntülənən şagirdləri hansı cəzanın gözlədiyi məsələsinə gəlincə isə, onlara yalnız məktəbin daxili nizam-intizam qaydasını pozduqlarına görə xəbərdarlıq edilə bilər".



Oxşar xəbərlər