Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb
26-01-2022, 13:58
7 294

Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə naziri, general Məhəmməd Rza Aştiani ilə görüşüb.
“İRNA” xəbər verir ki, görüşdə iki ölkə arasında və regiondakı mühüm məsələlər müzakirə edilib.
Məhəmməd Rza Aştiani iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə toxunub:
“İki xalq arasında tarixi və mədəni ortaqlıqlar olduğuna görə İran və Azərbaycan arasında keçmişlə müqayisədə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi zəruridir”.
O, müdafiə-təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsi və dərinləşdirilməsinin çox mühüm olduğunu da sözlərinə əlavə edib:
“Xüsusi geosiyasi vəziyyət və xüsusiyyətlərə görə, iki ölkə hərtərəfli əlaqələri genişləndirmək üçün çoxlu imkanlara malikdir”.
Zakir Həsənov iki ölkə arasında ikitərəfli əlaqələrin genişləndirilməsini vurğulayıb və İran İslam Respublikasının müdafiə nazirini Bakıya səfərə dəvət edib.
Qeyd edilir ki, Zakir Həsənovun İran İslam Respublikasına iki günlük səfəri çərçivəsində o, ölkənin yüksək rütbəli hərbi və siyasi rəsmiləri ilə görüşəcək. Bu səfərin əsas məqsədləri birgə hərbi-təhlükəsizlik müdafiə əməkdaşlığının inkişaf etdirilməsi və dərinləşdirilməsidir.

Oxşar xəbərlər