Uşaqlarda "Omikron" aşkarlanıb? - Açıqlama
26-01-2022, 15:49
7 304

Uşaqlarda "Omikron" aşkarlanıb? - Açıqlama

“Hələ ki, ölkədə "Omikron"un uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, uşaqların “Delta” ştamına yoluxması ilə bağlı dünya təcrübəsində faktlar var: “Uşaqlar xəstəliyi böyüklərə nisbətən yüngül keçirir. Məktəblilər arasında eyni simptomlu xəstəliklərin yayılması mövsümi xarakter daşıyır. Bu da istina deyil. Pandemiya olduğuna görə əhalinin diqqəti həmin xəstələr üzərindədir. Bu da narahatlıq doğurur”.

Oxşar xəbərlər