Həbsdə olan sabiq icra başçısından XƏBƏR VAR
26-01-2022, 17:16
6 844

Həbsdə olan sabiq icra başçısından XƏBƏR VAR

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin cinayət işinə sədrlik edəcək hakim məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Müşfiq Məmmədov sədrlik edəcək.
Qeyd edək ki, cinayət işi üzrə məhkəmənin hazırlıq və ilkin baxış iclası hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilib. İ.Abdullayev sonradan Şirvan Apellyasiya Məhkəməsinə təyinat alıb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında koronavirusa yoluxan sabiq icra başçısı Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürülmüşdü.
Dörd ay təxirə salınmış məhkəmə proseslərinin gələn həftədən davam etdiriləcəyi gözlənilir.
Sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Oxşar xəbərlər