Rayon İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşüb
10-09-2020, 14:36
294

Rayon İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşüb

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü Alatava yaşayış sahəsində aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.

DİA.AZ xəbər verir ki, görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir. Görülmüş işlərin davamı olaraq 3-cü Alatava yaşayış sahəsində kommunikasiya xətləri təmir edilmiş, məhəllə daxili yollara yeni asfalt örtüyü vurulmuşdur. Hal-hazırda yaşayış sahəsində abadlıq işləri davam etdirilir.

Görüşdə karantin rejimi dövründə hər kəsin dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmasının vacibliyi bildirilmiş, sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Oxşar xəbərlər