Erməni konsul DƏLƏDUZ ÇIXDI... - Ərəblər onu həbs edə bilər...
10-09-2020, 14:43
327

Erməni konsul DƏLƏDUZ ÇIXDI... - Ərəblər onu həbs edə bilər...

Erməni hakimiyyətinin biabırçı mahiyyəti özünü bütün sferalarda nəzərə çarpdırır. Necə ki, bu günlərdə düşmən ölkənin baş nazirinin "samoqon" araq çəkməsilə bağlı, əyyaşlığa meyilli olmasını sübutlayan afktlar elə erməni KİV-lərini bəzədi, eləcə də əldə etdiyimiz növbəti hətta Ermənistanın diplomatlarının da fırıldaqçı olduqlarını ortaya qoyur.

DİA.AZ xəbər verir ki, Ermənistan Respublikasının Bir ləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Stepan Karapetyanın qalmaqalda hallanır və onun həbsi belə söz konusudur. Qeyd edək ki, Karapetyan 20 ildən artıqdır ki, Dubayda yaşayır və bizneslə məşğul olur. Ermənistan Respublikasının Bir ləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu 2017-ci ilin yanvar ayında təsis olunub və Karapetyan həmin tarixdən bu vəzifəyə təyin olunub.

Erməni konsul DƏLƏDUZ ÇIXDI...

O, Ermənistan Respublikasının vətəndaşı olmaqla yanaşı, həm də Rusiya Federasiyasının da vətəndaşıdır. Seyran Karapetyan Baş konsul vəzifəsində olmasına baxmayaraq Dubayda biznes vizası əsasında daimi yaşayış hüququna malikdir. Və bu səbəbdən də heç bir diplomatik immunitetə malik deyil.

Seyran Karapetyan Türkmənistan əsilli Rusiya vətəndaşı olan Araz adlı şəxsdən 1 milyon dirhəm məbləğində borc götürüb və təminat olaraq bank çeki təqdim edib. Verilmiş borcun qaytarılma müddəti başa çatdığı üçün təminat olaraq Karapetyan tərəfindən verilmiş çek banka təqdim olunduqda əsl fırıldağın mahiyyəti ortaya çıxıb və aydın olub ki, Karapetyanın verdiyi çek qarşılıqsızdır.

Erməni konsul DƏLƏDUZ ÇIXDI...

Bu səbəbdən Araz adlı şəxsin şikayəti əsasında Dubay polisi tərəfindən Karapetyana qarşı cinayət işi başlanıb və onun ölkədən çıxışına məhdudiyyət qoyulub. Eyni zamanda Dubay polisi tərəfindən borcun qaytarılması üçün erməni Baş konsula vaxt verilib.

Artıq etimadını itirmiş Karapetyanın xarakterik keyfiyyətlərinə bələd olan Dubay polisi Baş konsulun nəzərinə çatdırıb ki, borcun tələb olunan vaxta qədər ödənilməyəcəyi təqdirdə həbs oluna bilər.

DİA.AZ bildirir ki, artıq qeyd olunan vaxt bitib və Karapetyan hələ də Türkmənkistan əsilli Araz adlı şəxsə borcunu qaytarmayıb. Bu isə o deməkdir ki, erməni baş konsulu xəbərdar edən Dubay polisi hər an onun barəsində həbs-qəti imkan tədbiri seçə bilər.

Erməni konsul DƏLƏDUZ ÇIXDI...

Onu da bildirək ki, bu olayın düşmən ölkədə böyük skandala səbəb olacağı da şəkksizdir.


Oxşar xəbərlər