Hüquqşünas xanımdan universitet müəlliminə qarşı şok hərəkət - TƏFƏRRÜAT
14-09-2020, 14:24
430

Hüquqşünas xanımdan universitet müəlliminə qarşı şok hərəkət - TƏFƏRRÜAT

Bakıda dələduzluq etməkdə ittiham olunan hüquqşünas Nüşabə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nüşabə Məmmədova tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nemət Dəmirovun etibarından sui-istifadə etməklə sonuncunun Etibar Hacıyev tərəfindən aldadılaraq 14000 manat pulunun ələ keçirməsi faktı üzrə Nəsimi rayon Prokurorluğunda araşdırılan materiala cinayət işi başladacağına dair yalan vəd verib.

Nüşabə Məmmədova Nemət Dəmirovu aldadaraq Nəsimi rayonu, Azadlıq prospekti 57 ünvanında yerləşən əvvəllər fəaliyyət göstərmiş şirniyyat dükanında 1000 manat pul alıb.

Bundan başqa, Nüşabə Məmmədovaya daha bir neçə dələduzluü epizodu üzrə ittiham verilib. Onun cinayət işi üzrə zərərçəkmiş qismində Nemət Dəmirov və Olqa Vəliməmmədova tanınıb.

İstintaq orqanı tərəfindən Nüşabə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nüşabə Məmmədova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, ali təhsilli hüquqşünasdır, əvvəllər fərdi olaraq vətəndaşlara hüquqi yardım göstərməklə məşğul olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nemət Dəmirovu 2015-ci ildən tanıyır: “Nemətin Etibar adlı şəxsin onun pulunu ələ keçirilməsi ilə bağlı şikayəti olub. Həmin işdə nümayəndə kimi iştirak etməyimi Nemət məndən xahiş etdi. Nemətə razılıq verdikdən sonra işə başlamaq üçün ondan 200 manat pul aldım. Nemətlə müqavilə bağlayaraq etibarnamə əsasında Nəsimi rayon Məhkəməsində həmin iş üzrə onun nümayəndəsi kimi iştirak eləməyə başladım. Həmin vaxt mənzilin sahibi Etibarın Nemətdən 14000 manat pul alması barədə məndə telefon danışığının yazısı olduğu səbəbindən Nemətin adından ərizə ilə Nəsimi rayon prokuroruna həmin faktla əlaqədar cinayət işi başlanması üçün müraciət etdim. Bundan sonra cinayət işinin başlanması ilə əlaqədar Nemətin arvadı İlahə ilə birlikdə Nəsimi rayon Prokurorluğunda oldum. Orada İlahənin yanında bizə deyildi ki, bu iş mülki xarakterlidir, məhkəməyə müraciət etmək lazımdır. Hətta həmin vaxt İlahə prokurora hədə-qorxu gəldiyi üçün bizi otaqdan çıxardılar. Nemətdən cinayət işi başlatmaq üçün pul almamışam”.

Nüşabə Məmmədovanın sözlərinə görə, bundan sonra məhkəmə prosesinin gedişində Nemət ona maddi çətinliyi olduğunu, münasib işi olsa işləyib, onun pulunu verə biləcəyini deyib: “Mən də Nemətə işlə əlaqədar tanıdığım adamlarla danışıb, deyəcəyimi bildirdim. Bu məsələ ilə əlaqədar Səyyar adlı tanışım ilə danışdım. Səyyarın münasib tanışları olub. Səyyardan xəbər biləndən sonra Nemət ilə iş barəsində söhbət etdim. Nemət SOCAR-ın dənizdəki iş yerlərində işləmək istədiyini dedi. Bu barədə Səyyara dedim. Səyyar 7000 manat pulun müqabilində Neməti istədiyi işə düzəlməsinə kömək edəcəyini bildirdi. İşlə əlaqədar pulun məbləğini Nemətə dedim. Nemət 5500 manatdan artıq pulunun olmadığını bildirdi. Həmin məbləğ barədə Səyyar ilə razılaşdıqdan sonra Nemət qaynanası Həqiqətlə yaşadığım Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 140a mənzil 90 ünvanına gəldilər. Bir qədər oturduqdan sonra Nemətin “SOCAR”-da işə düzəlməsi ilə əlaqədar mənzilində mənə 5500 manat pul verdilər. Həmin gün Səyyarla danışdım və öz evimin yaxınlığında görüşüdüm və həmin puldan 3800 manatını Səyyara verdim. Pulun qalanını Nemətin işə çıxmaqla bağlı əmri veriləndən sonra verəcəkləri barədə razılaşdıq”.

Nüşabə Məmmədova əlavə edib ki, sonradan Nemətin özünmütəmadi olaraq Səyyarla həmin işlə məşğul olan digər tanımadığı şəxslərlə özü görüşdüyünü deyib: “Lakin bir müddətdən sonra Səyyar mənə zəng etdi. Nemət çağırılanda vaxtında gəlib-getmədiyini dedi.Özü necə bilirsə, elə də etməyini, ya işini düzəltməyi, ya da pulunu qaytarmasını dedim. Təxminən 2017-ci ilin avqust ayında Nemət arvadı İlahə ilə mənim evimə gəldi, səs-küy salaraq qızım Məlihəyə qarşı nalayiq hərəkətlər edib, ünvanıma söyüşlər söydülər. Həmin məsələ ilə əlaqədar Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Səyyarla əlaqə saxlayıb və Nemət Dəmirovun pulunu qaytarmasını deyib: “2017-ci ilin aprel ayının əvvəllərində Səyyar 3800 manat pulu gətirdi. Həmin pulu öz evimin yanında Nemətə verdimr. Yerdə qalan 1700 manat pulu Nemətə məhkəmə işlərində etdiyim hüquqi yardımla əlaqədar əmək haqqı kimi özümə saxladım. Həmin vaxt Nemət mənimlə razılaşdı. Aramazda razılıq oldu ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə etdiyim şikayətini geri götürüm. Buna görə də şikayətimi geri götürdüm”.

Nüşübə Məmmədova ifadəsində göstərin ki, Nemətin və ailə üzvlərinin yaşadıqları mənzildən çıxarılması ilə bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olub: “Buna görə də Etibar Hacıyevdən 20000 manat pul tələbi ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət elədim. Məhkəmə prosesinin gedişində Nemətə aid mülki sənədlərdə imzaların saxta olması, ekspertiza rəyləri ilə təsdiq edildiyi üçün məhkəmə cəmi 10000 manatın Nemətə ödənilməsi ilə bağlı qətnamə çıxartdı.

Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsində də qüvvədə saxlanıldı. Nəticədə mənzilin boşaldılması ilə bağlı icra işi başladı. Nemətin arvadı İlahənin xəstəliyi ilə əlaqədar olaraq mənzildən çıxarılması məsələsi iki-üç ay müddətinə təxirə salındı. İlkin ifadə verən zaman təziq altında olduğum üçün Nemətdən 1000 manat pul alıb, icra işini gecikdirməsi üçün icra məmuruna verdiyimi demişəm. Əslində isə Nemətdən həmin məsələ ilə bağlı heç bir məbləğdə pul almamışam”.

Nüşabə Məmmədova bildirib ki, zərərçəkmiş Olqa Vəliməmmədovanı 2019-cu ilin fevral ayından tanıyıb: “Olqa özü gəlib məni tapıb. Olqa mobil telefonuma zəng edərək, Reyhan adlı qadından nömrəmi aldığını və məhkəmə məsələsində köməklik etməyimi xahiş etdi. Olqaya köməklik edə biləcəyimi və görüşməyi təklif etdim. Olqa ilə Nərimanov rayonu ərazisində yerləşən “Mado” kafesində görüşdük. Həmin vaxt Olqa mənə Sabunçu rayon Məhkəməsində Azərbaycan Dövlət Pedaqoji Universitetin ona qarşı 100.000 manat təzminat ödənilməsi ilə bağlı məhkəmə prosesi getdiyini, bu işdə ona köməklik lazım olduğunu dedi. Həsən Həsənov adlı şəxsin ona qarşı dələduzluq etməsini, Sabunçu rayon Məhkəməsində gedən işinə köməklik edəcəyi adı ilə ondan 6300 manat pul almasını və aldatmasını bildirdi. Olqaya bu məsələlərdə köməkilk edəcəyimi dedim. Olqaya Vəkillər Kollegiyasının üzvü olmadığımı bilirdim. Olqaya məhkəmədə danışa bildiyimi, sadəcə köməklik lazım olmasını dedim. Nərimanov rayonunda yerləşən 3 saylı notariat kontoruna getdik. Olqa ilə müqavilə bağladıq. Həmin vaxt Olqadan zəhmət haqqı kimi 1000 manat pul aldım. Pulu aldıqdan sonra Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Olqanın adından sənədlərlə müraciət etdim. Həmin sənədlərdə hazırda məndədir. Sabunçu rayon Məhkəməsidə Olqanın xeyrinə qərar çıxardı, ekspetiza rəyi Olqanın əleyhinə olmasına baxmayaraq 100.000 manat təzminatın ödənilməsi rədd edildi. Bundan sonra dəqiq xatırlamadığım tarixdə Olqa ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Ankara” restoranında görüşdüm və orada Olqadan əlavə 1000 manatda Həsən Həsənova qarşı şikayətini müdafiə etmək üçün aldım. Bununla bağlı da Səbail rayon Polis İdarəsinə müraciət etdim, qəbullarda oldum”.

Nüşabə Məmmədovanın sözlərinə görə, bundan sonra dəqiq xatırlamadığı tarixdə Olqadan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Ankara” restoranında 5000 manat da pul alıb: “Həmin puluda həm Sabunçu rayon Məhkəməsində olan işlə bağlı, həm də Səbail rayon Məhkəməsində qarşılıqlı iddia tələblərinə görə məhkəmənin sonuna qədər gördüyüm işlə bağlı almışam. Bununla bağlıda işlər görmüşəm. Lakin Səbail rayon Məhkəməsində olan işləri uduzmuşam. Olqadan başqa heç bir məbləğdə pul almamışam”.

Zərərçəkmiş qismində ifadə verən Olqa Vəliməmmədova bildirib ki, 2009-cu ildən Azərbaycan Müəllimlər İnsitutunda işləyib. Onun sözlərinə görə, 2016-cı ildə isə Azərbaycan Müəllimlər İnsitutu Azərbaycan Pedoqoji Universitetinə birləşdirilib və ona bir illik müqavilə bağlamaq təklif olunub: “1 ildən sonra isə yəni 2017-ci il tarixdə müsabiqə əsasında işdən qanunsuz olaraq kənarlaşdırıldım. Həmin universitetdə psixologiya üzrə müəllimə işləyirdim. Psixologiya üzrə fəlsəfə doktoru dosentiyəm. İşdən çıxdıqdan sonra Təhsil Nazirliyinə və kütləvi informasiya vasitələrinə universitetdə olan qanunsuzluqlarla bağlı müraciət etmişəm. Təxminən 6 ay sonra APU-nin rəhbəri məni Sabunçu Rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23- cü maddəsinə əsasən şərəf və ləyaqətinin alçaldılmasına görə 100.000 manat təzminat ödənilməsi üçün müraciət etdi. Həmin vaxt özünü vəkil kimi təqdim edən Həsən Həsənov adlı bir şəxslə müqavilə bağladım. Mənim adımdan məhkəmələrə Həsən çıxmalı olub, buna görə Həsən məndən 6300 manat pul aldı. Təxminən 1 il sonra özüm məhkəməyə getdim və Həsən heç bir məhkəmə prosesinə çıxmadığını və bütün sübutlar əleyhimə olmasını gördüm. Bu zaman Həsəni axtarmağa başladım. Lakin onunla görüşə bilmədim. Həsən mənim pulumu qaytarmadı”.

Olqa Vəliməmmədovanın sözlərinə görə, 2019-cu ilin fevral ayından o, şikayət etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə gedib: “Orada mənimlə bir növbədə dayanıb qəbula girməyi gözləyən Reyhan adlı qadınla tanış oldum. Reyhana öz problemlərimi danışdım. Reyhan mənə Nüşabə Məmmədova adlı yaxşı vəkil olduğunu və müqavilə bağlamağımı məsləhət gördü. Mən də Reyhandan Nüşabənin mobil nömrəsini aldım. Həmin gün evə gəldikdən sonra Nüşabənin mobil nömrəsinə zəng edərək, onunla danışdım”.

Olqa Vəliməmmədova daha sonra ifadəsində Nüşabə Məmmədovaya 6000 min manat verdiyini, amma işini görmədini, onun pulunu qaytarmamasından danışıb.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Nüşabə Məmmədova 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


Oxşar xəbərlər