Gülnarə Kərimovanın oğurladığı milyardlardan 131 milyon dolları geri qaytarılır
14-09-2020, 16:20
284

Gülnarə Kərimovanın oğurladığı milyardlardan 131 milyon dolları geri qaytarılır

İsveçrə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın oğurladığı və bu ölkədə yerləşdirdiyi aktivlərdən 131 milyon dollarını geri qaytarmağa razılaşıb.
Virtualaz.org xəbər verir ki, bu haqda İsveçrə Federal Şurasının saytında bildirilir.
Qeyd olunur ki, tərəflər artıq müsadirə edilmiş və İslam Kərimovun qızına qarşı cinayət işinin araşdırmaları predmeti olan vəsaitlərin geri qaytarılmasına dair çərçivə razılaşması əldə ediblər. Həmin vəsaitlərin ümumi məbləği 800 milyon İsveçrə frankıdır, İsveçrə onu 2012-ci ildə dondurub.
Bununla belə tərəflər hələlik bu barədə anlaşıblar ki, 2019-cu ildə müsadirə edilmiş 131 milyon dollar Özbəkistana qaytarılsın. Həmin pullar Özbəkistan əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə sərf edilməlidir.
2015-ci ildə G.Kərimova Özbəkistanda məhkum edilib, ona qarşı dövlət vəsaitlərinin mənisənilməsi və digər iqtisadi cinayətlər üzrə ittihamlar irəli sürülüb. Kərimova hazırda həbsdədir.

Oxşar xəbərlər