Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə olunur
21-09-2020, 10:38
171

Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə olunur

Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, 4-ü isə Rusiya vətəndaşıdır.
Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Təxliyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.
Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyəsi təmin edilib.

Oxşar xəbərlər