Fransada bir gündə 13 498 nəfər koronavirusa yoluxdu
21-09-2020, 12:10
172

Fransada bir gündə 13 498 nəfər koronavirusa yoluxdu

Fransada koronavirus pandemiyası yayıldığı gündən bəri gündəlik yoluxma sayında yeni bir rekord müəyyənləşib.

Ölkədə son sutka ərzində 13 min 498 nəfərə COVID-19 diaqnozu qoyulub. Beləliklə, ümumi yoluxma sayı 442 min 194 nəfərə çatıb.

Fransa Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 26 nəfər artaraq 31 min 274 nəfər olub.

Qeyd edək ki, Fransada bugünədək virus səbəbilə 89 məktəb bağlanıb.

Oxşar xəbərlər