Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
23-09-2020, 19:14
270

Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

Xalq artisti Gülyaz Məmmədova instaqram sosial şəbəkəsində onun ünvanına yazılan şərhlərdən danışıb. 

Gülyanaq Məmmədova ilə eyni profili işlədən sənətçi Moderator.az-a bildirib ki, tənqidlər daha çox bacısının fotolarına gəlir:

“Bacım da, mən də uzun illərdir ki, sənətdəyik. Bizim qalmaqalla işimiz yoxdur. Hamı ilə münasibətimiz yaxşıdır. Bir müddət əvvəl bacım Gülyanaq Dövlət Televiziyasının çəkdiyi bir film üçün kamera qarşısına ana olmağa hazırlaşan qadın görkəmində çıxdı. O şəkilləri instaqram səhifəmizdə paylaşdıq. Tamaşaçılar rəy yazmışdılar ki, “Bu yenə də ana olur?”. Bilib-bilmədən insanı tənqid edirdilər. Ana olmaq ayıb deyil ki? İnsanlar başa düşmür ki, bu filmdəki görüntülərdir. Boş-boş danışan insanlar heç mənə maraqlı da deyil. Onsuz da məni istəyən istəyəcək, istəməyən istəməyəcək. Bunu sifarişlə yazırlar, onlar mikrobdur” - deyə xalq artisti şikayətlənib.

Oxşar xəbərlər