Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb
25-09-2020, 12:27
235

Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edilib.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, L.Məmmədbəyli küçəsində yerləşən “041 Lounge” çay evinin qapalı otaqlarında “playstation” oyunları oynanılaraq xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub.

Obyektin sahibi və orada olan 4 müştəri polis bölməsinə dəvət olunublar. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib.

Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

Oxşar xəbərlər