Qaydaları pozan COVID-19 daşıyıcısına xəbərdarlıq edilib
9-11-2020, 15:57
240

Qaydaları pozan COVID-19 daşıyıcısına xəbərdarlıq edilib

Qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan COVID-19 daşıyıcısına ciddi xəbərdarlıq edilib.
 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu xəbər verir ki, Bakı şəhər sakini Azad Bağırova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Azad Bağırovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. 

Oxşar xəbərlər