Həkimdən COVİD-19 məsləhəti: - Öpüşməyin və eynəkdən istifadə edin!
21-11-2020, 10:29
179

Həkimdən COVİD-19 məsləhəti: - Öpüşməyin və eynəkdən istifadə edin!

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq Aydın Əliyev pandemiyanın sürətləndiyi günlərdə hər kəsin əməl etməli olduğu qaydaları tərtib edib.

"MediaPost" həmin qaydaları təqim edir:

1. Qapalı məkanlarda maska geyinmək vacibdir!

2. Açıq məkanlarda maska geyinmək məsləhətdir!

3. Əllə görüşmək olmaz!

4. Qucaqlaşmaq olmaz!

5. Öpüşmək olmaz!

6. Yas yerlərinə getmək olmaz!

7. Hərarətiniz varsa, bayıra çıxmaq olmaz!

8. Qızdırmanız varsa, poliklinikanın sahə həkiminə, effekt olmasa təcili yardıma zəng edin!

9. Qorxmayın, panik olmayın! Qorxu, panika və stress immun sistemini zəiflədir!

10. Özbaşına hər hansı müalicə, sistem və dərman preparatı qəbul etməyin!

11. Koronavirus xəstəliyi qorxulu deyil, qorxmayın!

12. Uşaqlar, yeniyetmələr və gənclər 99 faiz hallarda COVID–19 xəstəliyini yüngül keçirir.

13. Əgər şəkərli diabet xəstəliyiniz varsa, koronavirusun hər hansı əlamətini özünüzdə hiss edirsinizsə – qızdırma, halsızlıq, öskürək, boğaz ağrısı, iybilmə və dadbilmə hissinin pozulması və s. dərhal təcili yardıma müraciət edin!

14. Belə şikayətləriniz varsa, işə getməyin! Kimi isə yoluxdurub həyatına son qoya bilərsiniz, lütfən, başqalarını da düşünün!

15. Gün ərzində bir neçə dəfə əllərinizi etil spirti əsaslı dezinfektantlarla dezinfeksiya edin və sabunlu su ilə yuyun!

16. Adi, şəffaf qoruyucu eynəklərdən istifadə edin.

17. Bu qaydalara əməl etməyən insanlara irad bildirin!

18. Bütün qapalı və açıq məkanlarda 2 metr ara məsafəsi saxlayaq! Daha nə deyək, kimin, hansı tövsiyələrini vətəndaşlara çatdıraq ki, onlar özlərini virusa yoluxmaqdan qorusunlar? COVID – 19 çağırılmamış, təhlükəli qonaqdır. Məqsədi bilinsə də, gəlişi bilinməz. Onun qarşısını almaq üçün ancaq qorunmaq lazımdır ki, bunun yolları barədə də yuxarıda yazdıq. Qalır: əməl etmək!

Oxşar xəbərlər