"Toppuş bacı" xərçəngdən sağaldı - "Dualarınız qəbul olundu"
5-12-2020, 14:18
189

"Toppuş bacı" xərçəngdən sağaldı - "Dualarınız qəbul olundu"

Əməkdar artist Tünzalə Əliyeva xərçəngdən sağalıb.

BiG.AZ xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb:

"Əziz dostlar, siz mənə gözəl sözlər və dualar yazırdız. Mən hamısını oxuyurdum. Allah hamınızdan razı olsun. Çünki dualarınız qəbul olunub. Demək istəyirəm ki, iki gün öncə aldığım analiz cavablarına görə törəmə və metaztaz yoxdur. Bu o deməkdir ki, mən xəstəlikdən qurtuldum(bu gün üçün)".


Oxşar xəbərlər