Qəhrəmancasına şəhid olan kəşfiyyatçı-zabit Cəlilabadda dəfn edildi (FOTOLAR)
18-12-2020, 23:31
258

Qəhrəmancasına şəhid olan kəşfiyyatçı-zabit Cəlilabadda dəfn edildi (FOTOLAR)

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan baş leytenantı Babaşov Bayram İlqar oğlu Cəlilabad rayonunda dəfn edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhidlə doğulduğu Günəşli kəndindəki evində vida mərasimi keçirilib.
Mərasimdə rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.
Daha sonra şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb. B.Babaşovun tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin yaxınlarına təqdim edilib.
Qeyd edək ki, şəhid baş leytenant Babaşov Bayram İlqar oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulub.
Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan kəşfiyyatçı-zabitin nəşi bir neçə gün öncə tapılmışdı. Ailəsinin onunla sonuncu telefon danışığı sentyabrın 29-da olub. O vaxtdan bəri Bayramla əlaqə saxlamaq mümkün olmayıb. Döyüş yoldaşlarının sözlərinə görə, Kəlbəcərdə əsgərlərini mühasirədən çıxarmaq üçün üç saat təkbaşına döyüşən, 30-dan çox düşməni məhv edən bölük komandiri, baş leytenant Bayram Babaşov oktyabrın 2-də şəhid olub. Onun iki qardaşı da Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazi olub.
Şəhid zabitimiz ailəli idi, 3 yaşlı bir oğlu var.

Oxşar xəbərlər