Gorus-Qafan yolunun çox hissəsi Azərbaycanın nəzarətinə keçib
23-12-2020, 13:03
205

Gorus-Qafan yolunun çox hissəsi Azərbaycanın nəzarətinə keçib

İctimaiyyətə bəlli olmayan səbəblərdən Gorus-Qafan yolunun çox hissəsi Azərbaycanın nəzarətinə keçib.
Bakıtv.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri “Anaket” analitik mərkəzin rəhbəri Tiqran Abrahamyan deyib.
O bildirib ki, Gorus-Qafan yolunun çox hissəsinin Azərbaycanın nəzarətinə keçməsi nə Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi, nə də noyabrın 9-da imzalanan üçtərəfli bəyanatla əlaqəlidir. 
“Sünik bölgəsinin bir hissəsi Qubadlı və Zəngilan bölgələri ilə həmsərhəddir. 9 noyabr tarixindəna etibarən sərhədlərin yenidən dəqiqləşdirilməsinə başlananda Zəngilan və Qubadlının bəzi hissələri hələ də bizim nəzarətimizdə idi. Lakin indi naməlum səbəblərdən Azərbaycana verilib.
Yeri gəlmişkən, bənzər bir səbəbdən, eyni şəraitdə, Qarabağın Hadrut bölgəsindəki Xısaberd və Xin Taxer kəndləri, cənubda strateji əhəmiyyətə malik Dizapayt dağı Azərbaycana verilib. 
Milli Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, İstintaq Komitəsinə, Müdafiə Nazirinə, habelə Qarabağın oxşar strukturlarına müraciət edərək bu əraziləri hansı şəraitdə, necə və kimin Azərbaycana təhvil verdiyini öyrənmək xahişi ilə müraciət edirəm”, - deyə o əlavə edib.

Oxşar xəbərlər