Azərbaycanda futbolçunun çiyni sındı
25-02-2021, 20:13
177

Azərbaycanda futbolçunun çiyni sındı

Azərbaycan Premyer Liqasının XVII turunun "Neftçi" ilə oyununda (1:0) zədələnən "Zirə"nin futbolçusu Davit Volkovun durumuna aydınlıq gəlib.
"Report"un məlumatına görə, komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan sonrakı mətbuat konfransında gürcüstanlı hücumçunun zədəsinin ciddi olduğunu bildirib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, forvardın çiyni sınıb.
Qeyd edək ki, Davit Volkov görüşün 77-ci dəqiqəsində rəqib komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək meydanı xərəkdə tərk edib.

Oxşar xəbərlər