Ronaldo daha bir rekorda imza atdı
3-03-2021, 13:11
146

Ronaldo daha bir rekorda imza atdı

A seriyasının 25-ci turunda "Spezia" ilə matç (3:0) "Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
35 yaşlı hücumçu görüşdə fərqlənməklə çempionatın 2020/21 mövsümündə vurduğu qolların sayını 20-yə çatdırıb. Beləliklə, o, ardıcıl 12 mövsüm çıxış etdiyi komandalarla yerli liqada ən azı 20 qol vuraraq mütləq rekorda imza atıb.
Portuqaliyalı oyunçu bu uğurlu seriyaya 2008/09-cü illər mövsümündə "Mançester Yunayted"in heyətində başlayıb. O, "Real"da çıxış edərkən də ənənəsinə sadiq qalıb.
Qeyd edək ki, Ronaldo A seriyasında bombardirdir. Onun ən yaxın izləyicisi Romelu Lukakunun ("İnter")  aktivində 18 qol var.

Oxşar xəbərlər