Stadionunda işıqları keçən “Neftçi”nin cəzası bəlli oldu
4-03-2021, 17:20
205

Stadionunda işıqları keçən “Neftçi”nin cəzası bəlli oldu

AFFA İntizam Komitəsi “Neftçi”ni dörd min manat məbləğində cərimələyib.
Buna Bakı klubunun Premyer Liqanın 18-ci turunun “Sabah”la ev oyununda (2:1) işıqlandırma səbəbindən fasilələr yaranması səbəb olub.
Həmçinin “Sumqayıt” – “Zirə” matçında (0:0) Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibləri 800 manat cərimə olunub.

Oxşar xəbərlər