Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı – Fotolar
5-03-2021, 10:38
147

Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı – Fotolar

Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.
Oxu.Az-ın xəbərinə görə, Alfonso Dominqes azərbaycanlı xanımla nişanlanıb.
II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.
Qeyd edək ki, boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir.

Oxşar xəbərlər