Messi "Ən yaxşı oyunçu" seçildi
6-03-2021, 10:52
215

Messi "Ən yaxşı oyunçu" seçildi

La Liqada fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Barselona"nın hücumçusu Lionel Messi ötən ayın ən yaxşısı seçilib. 33 yaşlı oyunçu fevralda meydana çıxdığı 5 matçda 7 qol vurub.
Qeyd edək ki, Messi səsvermədə Aleksandr İsak ("Real Sosyedad"), Yassin Bunu ("Sevilya"), Tibo Kurtua ("Real"), Aleks Berenqer ("Atletik"), Nabil Fekir ("Betis") və  Xose Luis Moralesi ("Valensiya") qabaqlayıb.

Oxşar xəbərlər