6 aydı komada olan azərbaycanlı məşqçinin vəziyyəti ağırlaşıb
22-04-2021, 20:30
175

6 aydı komada olan azərbaycanlı məşqçinin vəziyyəti ağırlaşıb

Ötən ilin noyabrında koronavirusa yoluxan tanınmış məşqçi Qəhrəman Əliyevin sağlıq durumu daha da ağırlaşıb.
Masallıda fəaliyyət göstərən özəl klinika artıq onun xəstəxanada qalmasını istəmir.
İmtinaya səbəb pasiyentin bədəninin müalicə prosesinə heç bir reaksiya verməməsidir.
Koronavirusa yoluxma nəticəsində beyin insultu keçirən Q.Əliyevin bel və ayaq nahiyəsində yaralar əmələ gəlib.
O, ötən müddət ərzində xeyli çəki itirib. Əməliyyatdan sonra qida xüsusi şlanq vasitəsilə birbaşa mədəsinə ötürülür.

Oxşar xəbərlər