"Barselona" Kumanın təyinatını açıqladı - Rəsmi
19-08-2020, 22:42
207

"Barselona" Kumanın təyinatını açıqladı - Rəsmi

Ronald Kumanın “Barselona”ya baş məşqçi təyinatı rəsmiləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər müavilə imzalanıb.
"Barselona"ya görə 2018-ci ildən çalışdırdığı Niderland millisindən ayrılan Kuman yeni komandasında bir neçə gün əvvəl istefaya göndərilən Kike Setyeni əvəzləyib.
Qeyd edək ki, niderlandlı mütəxəssis 1998-2000-ci illərdə Kataloniya klubunda köməkçi məşqçi kimi çalışıb. O, futbolçu kimi də 1989-1995-ci illərdə bu komandanın şərəfini qoruyub.

Oxşar xəbərlər