"Bavariya" finalda PSJ-yə rəqib oldu
20-08-2020, 10:49
363

"Bavariya" finalda PSJ-yə rəqib oldu

UEFA Çempionlar Liqasında sonuncu finalçının adına aydınlıq gəlib.
"Report"un məlumatına görə, yarımfinalda Fransa "Lion"nunu 3:0 hesabı ilə məğlub edən Almaniyanın "Bavariya" klubu həlledici oyuna vəsiqə qazanıb.
Bundesliqa çempionuna qələbə qazandıran qolları Serj Qnabri və Robert Levandovski vurublar. Almaniyalı yarımmüdafiəçi əvvəlcə 18-ci dəqiqədə uzaq məsafədən qüvvətli zərbə ilə baxımlı qola imza atıb. 25 yaşlı futbolçu 15 dəqiqə sonra dubl edib. Levandovski isə 88-ci dəqiqədə matçda yekun hesabı müəyyənləşdirib.
Beləliklə, "Bavariya" bu nəticədən sonra finalda Fransa PSJ-sinə rəqib olub.
Qeyd edək ki, bu komandalar arasında həlledici oyun avqustun 23-də keçiriləcək.

Oxşar xəbərlər