Messi Klozeni keçdi, Peleyə yaxınlaşdı
4-06-2021, 15:13
258

Messi Klozeni keçdi, Peleyə yaxınlaşdı

Milli komandada ən çox qol vuran futbolçuların siyahısında dəyişikliklər olub.

Bakitv.az-ın məlumatına görə, Çili ilə DÇ-2022-nin seçmə oyununda (1:1) qol vuran Lionel Messi Argentina yığmasında 72-ci dəfə fərqlənib.
Bu, cənubi amerikalının Miroslav Kloze də daxil olmaqla 71 qol vuranları arxada qoymaq imkanı verib. Messi Sunil Çetri və Majed Abdullaha çatıb. Bu “üçlük” 12-ci yerə şərikdir.
Son matçlara qədər Lionellə eyni sayda qol vuran Ali Mabut isə argentinalını arxada qoyub. BƏƏ yığmasının üzvü Malayziyanın qapısından iki top keçirərək aktivini 73 qola çatdırıb. Messi Futbol Kralı Peledən 5 top geridədir.
Qeyd edək ki, cədvələ Əli Daei başçılıq edir. Onun 109 qolu var. Kriştiano Ronaldo 103 dəfə fərqlənib. Ümumilikdə 17 futbolçu 70-dən çox qol vurub.
Millidə 70-dən çox qol vuranlar
1. Əli Daei (İran) - 109
2. Kriştiano Ronaldo (Portuqaliya) - 103
3. Moxtar Dahari (Malayziya) – 89
4. Ferens Puşkaş (Macarıstan) – 84
5. Godfri Çitalu (Zambiya) – 79
6. Husseyn Saed (İraq) - 78
7. Pele (Braziliya) - 77
8-10. Şandor Koçiş (Macarıstan) - 75
Kunişiqe Kamamoto (Yaponiya) - 75
Başar Abdullah (Küveyt) – 75
11. Ali Mabut (BƏƏ) – 73
12-14. Sunil Çetri (Hindistan) - 72
Majed Abdullah (Səudiyyə Ərəbistanı) - 72
Lionel Messi (Argentina) - 72
15-17. Kinnah Firi (Malavi) - 71
Kiatisuk Senamuanq (Tailand) - 71
Miroslav Kloze (Almaniya) - 71

Oxşar xəbərlər