15-24 oktyabr 2021-ci il tarixdə İtaliyanın Cesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Çempionatı keçiriləcəkdir..
16-10-2021, 22:30
415

15-24 oktyabr 2021-ci il tarixdə İtaliyanın Cesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Çempionatı keçiriləcəkdir..

WAKO Dünya Çempionatına Federasiyanın hazırlıq prosesi, habelə Milli komandanın Təlim-Məşq Toplantıları üçün yaradılan şəraitlər Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti və İdarə Heyətinin sədri, Milli Məclis sədrinin müavini Adil Əliyev və AKF-nın Prezidenti Orxan Əliyevin nəzarəti altında həyata keçirilmişdir.

Azərbaycan Kikboksinq Federasiyası Dünya Çempionatında iştirak edəcək Milli komandamızın heyətini açıqlayıb

Rəsmilər heyəti:
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Prezidenti Orxan Əliyev, AKF-nın Vitse-Prezidenti Ədalət Kazımov, Baş katib və Milli komandanın rəisi Sadıx Bağırov. 
Eyni zamanda bir müddət əvvəl yeni təyin olunmuş Federasiyanın 1-ci Vitse-Prezidenti Rəmal Aslanov, eyni zamanda Milli komandanın kapitanı olaraq idmançılar heyətində Dünya Çempionatında iştirak edəcək.

Milli komandanın məşqçilər heyəti: 
Böyüklər və peşəkarlardan ibarət Milli komandanın Baş məşqçisi Elşən Abdulrəhimov, Gənclər və yeniyetmələrin Baş məşqçisi, Lowkick üzrə Milli komandanın Böyük məşqçisi Hikmət Hacıyev, K-1 üzrə Milli komandanın Böyük məşqçisi Telman Məhərrəmov..

İdmançılar heyəti:
Low kick: Fatma Rəcəbzadə (-48 kq), Ayxan Məmmədzadə (-51 kq), Vüsal Kazımov (-54 kq), Anar Məmmədov (-57 kq), Qiyas Şahmərdanov (-60 kq), Arzuman Qədimov (-63,5 kq), Qəşəm Məmmədov (-67 kq), Rəhim Əliyev (-71 kq), Ramal Aslanov (-75 kq), Elcan Alkişiyev (-81 kq), Fuad Haşimi (+91 kq);

K-1: Əsgər Rəhimov (-57 kq), Nicat Quliyev (-60 kq), Ruslan Nağıyev (-71 kq), Elxan Əliyev (-75 kq), Xəyal İsmayılov (-81 kq), Asəf Aslanov (-91 kq), Bəhram Rəcəbzadə (+91 kq);

Full Contact: Camal Məmmədov (-54 kq), Ramiz Məmmədov (-57 kq), Elməddin Baxşəliyev (-67 kq), Elşad Şahbazov (-75 kq);

Kick Light: Məhəmməd İmanov (-57 kq), Ruslan Musayev (-67 kq), Hüseyn Hacıyev (-74 kq);

Light Contact (veteran): Sadıx Bağırov (-63 kq);

Kick Light (veteranlar): Eduard Məmmədov (-63 kq), Telman Məhərrəmov (-94 kq), Emin Abdullayev (+94 kq).



Millinin tərkibində WAKO Beynəlxalq dərəcəli hakimləri olan AKF-nın Hakimlər heyətinin sədri Aydın Ağabəyov, Məhəmməd Babayev və Anar Məmmədov hakimlik nümayyəndələri olaraq Federasiyanı təmsil edəcəklər.

Bundan əlavə, şəxsi məşqçilər qismində Fəxrəddin Quliyev və Fuad Zeynalov, Milli komandanın fizioterapevt/həkimi Loğman Məhərrəmov bu yarışda iştirak edəcəkdir.

Lisenziya xarakteri daşıyan builki WAKO Dünya Çempionatında kikboksinqin K-1 stili olan -63.5 kq, -75 kq və +91 kq çəki dərəcələrində 1/4 final mərhələsinə yüksələn döyüşçülər, 2022-ci il iyul ayınnın 7-dən 17-dək ABŞ Alabama ştatının Birminqem şəhərində keçiriləcək Dünya Oyunlarında iştirak etməsi üçün vəsiqə qazanacaqlar.

Xatırladaq ki, bu il Yaponianın Tokio şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyasında KİKBOKSİNQ (KICKBOXING) Olimpiya idman növü kimi tam şəkildə tanınması barəsində rəsmi olaraq elan olunmuşdur.

Kikboksinq üzrə Milli komandamız oktyabr ayının 16-sı saat 06:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yolla düşdülər , yola salma mərasimində federasiyanın prezidenti cənab Orxan Əliyev iştirak etdi və idmançılara uğurlar arzuladi.

Oxşar xəbərlər