Türkiyə Super Liqasında oyunlar tamaşaçısız keçiriləcək
3-09-2020, 21:12
220

Türkiyə Super Liqasında oyunlar tamaşaçısız keçiriləcək

Türkiyədə 2020/21 mövsümünün birinci dövrəsi tamaşaçısız keçiriləcə
Apasport
nməlumatına görə, bu barədə qərarı Türkiyə Futbol Federasiyası (TFF) verib.
Bildirilib ki, daha öncədən oktyabrdan etibarən Super Liqa matçlarına müxtəlif şərtlərlə azarkeşlərin buraxılması barədə qərar qəbul olunsa da, koronavirus pandemiyası ilə bağlı yaranmış problem bunun ləğvinə səbəb olub. Ölkənin səhiyyə naziri Fahreddin Kocanın dünənki açıqlamasını nəzərə alan TFF mövsümün ilk dövrəsinin boş tribunalar önündə tamamlanacağını bəyan edib.
Qeyd edək ki, Türkiyə Super Liqasında 2020/21 mövsümü sentyabrın 11-də start götürəcək.

Oxşar xəbərlər