"Bavariya"nın futbolçusu koronavirusa yoluxub
24-11-2021, 18:22
162

"Bavariya"nın futbolçusu koronavirusa yoluxub

Almaniyanın "Bavariya" klubunun futbolçusu Erik Şupo-Motinq koronavirusa yoluxub.
Münhen təmsilçisinin rəsmi saytı xəbər verir ki, 32 yaşlı hücumçu karantinə alınıb.
Kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ildən "Bavariya"da çıxış edir.

Oxşar xəbərlər