Millimiz beynəlxalq turnirə qatılır
20-01-2022, 16:52
116

Millimiz beynəlxalq turnirə qatılır

Azərbaycan U-17 yığması beynəlxalq turnirdə mübarizə aparacaq.
Belarus Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, millimiz də daxil olmaqla, fevralda bu ölkədə 10 komandanın iştirakı ilə gənclər arasında 18-ci beynəlxalq turnir təşkil olunacaq.
Fevralın 6-13-ü aralığında keçiriləcək yarışda yığmamızla yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcək.
Yığmamızın oyunlarının təqvimi də artıq məlumdur. Komandamız turnirdə 5 oyun keçirəcək. İlk dörd matçın ardından fevralın 13-də müvafiq olaraq 9-cu, 7-ci, 5-ci, 3-cü yer uğrunda və final oyunu keçiriləcək.
6 fevral
11:00. Qırğızıstan – Azərbaycan
7 fevral
19:00. Azərbaycan – Belarus (U-17)
9 fevral
12:00. Qazaxıstan – Azərbaycan
10 fevral
19:00. Azərbaycan – Tacikistan
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Oxşar xəbərlər